Neftçala rayon sakinlərindən külli miqdarda narkotik götürülüb
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində
Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Mahmudov
saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı
onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Belə ki, baxış zamanı A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan isə
üç kiloqrama yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırma davam etdirilir.