Neftçala sakini azərbaycanlı “oğru”ların müharibəsinin qurbanı olub

Neftçala sakini azərbaycanlı “oğru”ların müharibəsinin qurbanı olub

Baxış sayı: 2. 205 dəfə baxılıb.

Martın 29-da Xarkov şəhərində qətlə yetirilmiş Azərbaycanlı, Neftçalada doğulmuş, 1984-cü il təvəllüdlü İsmayılov Zaur Xəzər oğlu  qanuni oğrular Rövşən Canıyev (Rövşən Lənkəranski) və Nadir Səlifovun ( Lotu Quli) klanları arasında uzun illər davam edən müharibənin növbəti qurbanı olub.

Bu barədə ÇıxışYolu.Com-a kriminal dairələrə yaxın olan mənbə məlumat verib.

Xatırladaq ki, cümə günü Xarkovun “Ağdam” restoranı yaxınlığında naməlum şəxslər “Toyota” markalı avtomobili atəşə tutaraq, içində olan bir nəfəri öldürüb, digərini yaralayıb. Silahlı hücumun qurbanları Azərbaycan vətəndaşı Zaur İsmayılov (həlak olub) və Gürcüstan vətəndaşı Rəhim Zeynalovdur.

Cinayətkarlar hücumda istifadə olunan Kalaşnikov avtomatlarını hadisə yerində tərk edərək, aradan çıxıb. Onların yaxalanması üçün şəhərdə “Sirena” adlı əməliyyat keçirilib.

Bazar ertəsi mərhumun meyiti dəfn olunması üçün Neftçala rayonuna göndərilib.

Bəzi KİV-də yayılan məlumatlara görə, silahlı hücumu Nadir Səlifovun klanından olan adamlar həyata keçirib. Mənbə İsmayılovun  Rövşən Lənkəranskinin klanının üzvü olduğu haqqında informasiyanı təsdiqləyib.

İsmayılov ilk növbədə həmvətənlisi olduğu üçün onunla dostlaşıb, daha sonra isə kriminal aləmə qoşulub.

Rəsmi olaraq, sözü gedən Azərbaycan vətəndaşı Xarkovda fərdi təsərrüfatla məşğul olub. O, Ukraynaya bu yaxınlarda köçüb və yaxın qohumlarının evində qalıb.

Lənkəranski kalnında hər hansı strateji “vəzifəni” tutmasa da, Səlifov və Lənkəranski klanları arasında gedən müharibənin növbəti qurbanına çevrilib.

Xatırladaq ki, Lənkəranski 2016-cı ilin avqust ayında İstanbulda qətlə yetirilib.

www.ÇıxışYolu.Com