Neftçala sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz
saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində
əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 12 nəfər rayon
sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri
aşkar edilərək götürülüb.
Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.