Neftçalada bıçaqlanma hadisəsi olub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bıçaq xəsarətləri almış Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Səfərov Orxan Cəlal oğlu Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Deyilənlərə görə, o, rayonda kirayədə yaşayırmış.
Ona xəsarət yetirən şəxsin kimliyi müəyyən olunmayıb.
Faktla bağlı araşdırma aparılır.