20b2af68-42e5-45e9-a36c-d1750e5e66f6..jpg

Neftçalada 46 yaşlı kişi süni göldə batıb – VİDEO

Baxış sayı: 408 dəfə baxılıb.

Neftçalada 46 yaşlı kişi süni göldə batıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada 46 yaşlı kişi süni göldə batıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Neftçala şəhərində bir
nəfərin süni göldə batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində
1978-ci il təvəllüdlü Azad Tahir oğlu Nəcəfovun meyiti sudan çıxarılıb və
aidiyyəti üzrə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:


Source link