Neftçalada balıqçı ovdan sonra dənizə düşüb öldü
Neftçalada balıqçı dənizdə ölüb.
“Lent.az” xəbər verir ki, hadisə Xəzər dənizinin Neftçala rayonu 2-ci Mayak
kəndinə düşən hissəsində qeydə alınıb. Müşfiq Baba oğlu Nuriyev saat 13
radələrində həmkəndlisi ilə adıçəkilən kəndə balıq ovuna gedib.
Axşam saat 20 radələrində geri qayıdarkən isə qəfil halı pisləşib və dənizin
dayaz hissəsinə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.