85bfcb27-e5ad-4f2f-95ca-3dd501f8ff5f..jpg

Neftçalada keçmiş polis əməkdaşının intiharının səbəbi məlum olub

Baxış sayı: 679 dəfə baxılıb.

Neftçalada keçmiş polis əməkdaşının intiharının səbəbi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi sosial şəbəkə səhifələrində 2016-2020-ci illərdə Neftçala Rayon Polis
Şöbəsində polis nəfəri kimi xidmət edən Şahin Elçin oğlu Əyyubovun intihar
faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, o xidmət
etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa
nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub.

İntihar etməzdən bir neçə gün öncə o raportla müraciət edərək, öz arzusu ilə
daxili işlər orqanlarından xaric edilib və 2024-cü ilin yanvarın 3-dəintihar
edib .

Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən
edilib ki, o yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə
və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla
bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib.

Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş
verən hadisənin motivi digər təfərrüatlar barədə onlara məlumat verilib.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı
ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib
yoxdur.

Source link