Neftçalada qadının intiharı ilə bağlı kişi həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Neftçalada şəxsi özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 10-da Neftçala rayon sakini 1976-cı il təvəllüdlü
Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü
asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət
işi üzrə Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə
çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham
elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.