Neftçalada təbiətə 50 min manat ziyan vurulub

Neftçalada təbiətə 50 min manat ziyan vurulub

Baxış sayı: 3. 285 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökdən çıxarılaraq məhv edildiyi, 588 m3 həcmində qumun qazılaraq aparıldığı, 600 m3 həcmində münbit torpaq qatının korlandığı aşkar edilib.

Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

www.ÇıxışYolu.Com