3c112cb6-c4b2-40fa-a20b-c07d6546ed6d..jpg

“Neftçi” avrokuboklara vəsiqəni təmin edib

Baxış sayı: 3. 478 dəfə baxılıb.

“Neftçi” avrokuboklara vəsiqəni təmin edib

“Neftçi” 2023/2024 mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib.

Cixisyolu.com xəbər verir ki, “ağ-qaralar” buna Azərbaycan Premyer Liqasının XXIX
turunda Sumqayıtda eyniadlı komandanı 4:0 hesabı ilə darmadağın etməklə nail
olub.

Bu qələbədən sonra xallarını 60-a çatdıran paytaxt təmsilçisinin sona 7 tur
qalmış mükafatçılar arasında olacağı dəqiqləşib.

“Neftçi” 4-cü pillədə yer alan ən yaxın izləyicisi “Qəbələ”ni 21 xal
qabaqlayır. “Qırmızı-qaralar” mövsümün sonunda ən yaxşı halda Bakı klubu ilə
xallarını bərabərləşdirə bilər. Bununla belə, əyalət təmsilçisi şəxsi
oyunlardakı nəticələrə görə rəqibindən geri qalacaq – 2 məğlubiyyət, 1 heç-heçə.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” və “Sabah” avrokuboklara vəsiqəni təmin
edib.

Source link