Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyunlarına start verilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, çempionatın bürünc medalları uğrunda mübarizə aparan “Neftçi” səfərdə Gəncənin “Kəpəz” komandasına qalib gələrək Avroliqaya vəsiqəni təmin edib.
Gəncə şəhər stadionunda keçirilən qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 63-cü dəqiqədə Ruslan Abışov açıb. 68-ci dəqiqədə Şəhriyar Rəhimov oyunda tarazlığı bərpa edib. “Neftçi”nin qələbə qolunu isə 79-cu dəqiqədə Lukas Emanuel Qomez vurub.
Paralel keçirilən qarşılaşmalarda “Səbail” doğma meydanda “Keşlə”yə minimal hesabla, “Sumqayıt” isə “Zirə”yə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura mayın 21-də keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulacaq.