de1731c9-a5b5-42db-b4a7-c71647589967..jpg

“Neftçi” dördüncü dəfə Dünya Qadın Seriyasının mərhələ qalibi olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 479 dəfə baxılıb.

“Neftçi” dördüncü dəfə Dünya Qadın Seriyasının mərhələ qalibi olub – YENİLƏNİB
+ FOTO

“Neftçi” klubu Macarıstanda təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın
Seriyasının Debretsen mərhələsinin qalibi olub.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan komandası dördüncü dəfə buna nail olub.

Bakı klubu finalda Almaniyanın “Düsseldorf Zoos” klubuna 21:10 hesabı ilə
qalib gəlib.

Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) “Neftçi”nin üzvü Bryana
Freyzer seçilib.

00:16

“Neftçi” klubu Macarıstanda təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın
Seriyasının Debretsen mərhələsində finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan komandası yarımfinalda Macarıstan millisinə
qalib gəlib.

Üstün oyun sərgiləyən Bakı klubu rəqibini 22:14 hesabı ilə məğlub edib.
“Neftçi”nin finaldakı rəqibi Almaniyanın “Düsseldorf Zoos” klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 23:25-də başlayacaq.

Qeyd edək ki, “Neftçi” 1/4 finalda Macarıstanın “Qyor” klubundan güclü olub.

23:11

“Neftçi” klubu Macarıstanda təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın
Seriyasının Debretsen mərhələsində yarımfinala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, təmsilçimiz 1/4 finalda Macarıstanın “Qyor” klubu ilə
üz-üzə gəlib.

Əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20:18 hesabı ilə məğlub
edib. “Neftçi”nin yarımfinalda rəqibi Macarıstan və Avstriya milliləri arasında
keçiriləcək matçda müəyyənləşəcək.

Source link