“Neftçi” dünəndə qaldı, indi “Sabah”dır

Baxış sayı: 4. 239 dəfə baxılıb.

“Neftçi” dünəndə qaldı, indi “Sabah”dır

window._ttzi = 128;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Neftçi”dən qış dövrəsində ilk ayrılan futbolçunun kimliyi bilinib.

ÇıxışYolu.Com xəbər verir ki, qış çempionu Rəşad Eyyubovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

26 yaşlı yarımmüdafiəçinin artıq yeni klubu da bəllidir. O, Premyer Liqanın debütantı “Sabah”da karyerasını davam etdirəcək.

Qeyd edək ki, Ukrayna futbol məktəbinin yetirməsi olan Rəşad Eyyubov bu yay “Sumqayıt”dan “Neftçi”yə keçmişdi. O, bu klubda cəmi altı oyuna çıxmışdı. Eyyubov dünən ölkə kubokunun 1/4 finalının “Sumqayıt”a qalib gəldikləri cavab oyununda (1:0) səkkiz dəqiqə meydanda olub. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com