cb0b9ba2-1952-4ba0-919d-9a8f4b83c15b..jpg

“Neftçi” ilə “Zirə” arasındakı oyunun yeri dəyişdirildi

Baxış sayı: 562 dəfə baxılıb.

“Neftçi” ilə “Zirə” arasındakı oyunun yeri dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə “Zirə”
arasında keçiriləcək oyunun yeri dəyişib.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da yox, Zirə İdman
Kompleksinin stadionunda təşkil olunacaq. Bu barədə Peşəkar Futbol Liqası (PFL)
məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi
Arena”nın son durumu PFL tərəfindən araşdırılıb. Məlum olub ki, stadionun ot
örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Qurum tərəfindən
mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu
uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə” klubunun
razılıq məktubunu əsas götürən PFL “Neftçi” və “Zirə” klubları arasında
keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin yerini dəyişdirib. Belə ki, şənbə
günü baş tutacaq “Zirə” – “Neftçi” oyunu Zirə İdman Kompleksində baş tutacaq.
Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu qərar əvəzedici komandalara aid edilmir.

Source link