e3dda8fd-d1f8-423d-949b-87344a1d7d7a..jpg

“Neftçi” klubunun bazasına hücum edən azarkeşlər cəzalandırılıblar

Baxış sayı: 1. 022 dəfə baxılıb.

“Neftçi” klubunun bazasına hücum edən azarkeşlər cəzalandırılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına
klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cixisyolu.com-ın sorğusuna cavab
olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan
şəxslər – Arif Dadaşov, Ceyhun Quliyev, Vasif Rzayev və Sabir Nəzərov müəyyən
olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs
olunublar, digər iki nəfər isə cərimə edilib.

Source link