aeec714f-10bf-4073-9631-0a97d05eb8bc..jpg

“Neftçi” millimizin müdafiəçisini transfer edir

Baxış sayı: 4. 182 dəfə baxılıb.

“Neftçi” millimizin müdafiəçisini transfer edir

Qışda heyətini gücləndirməyi düşünən “Neftçi” transfer fəaliyyətini davam
etdirir. Klubun gücləndirmək istədiyi mövqelərdən biri də müdafiə xəttidir.

“Zirə”dən ayrılan serbiyalı Andelkoviçlə danışıq aparan “flaqman” başqa bir
futbolçuya da “elçi” düşüb.

“Bizim Media”nın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi milli
komandamızın müdafiəçisi Höccət Haqverdi ilə danışıqlara başlayıb.

Əvvəllər “Sumqayıt”da çıxış edən milliləşdirilmiş futbolçu hazırda Təbrizin
“Traktor” komandasında oynayır. Haqverdi ilə danışıqlar artıq son mərhələdədir
və “Neftçi”nin qış hazırlığının keçirəcəyi Antalya toplanışına qədər Höccət
Haqverdi ilə rəsmi müqavilənin bağlanacağı gözlənilir.

Source link