“Neftçi” Roman Qriqorçukla yollarını rəsmən ayırıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Neftçi” PFK və baş məşqçi Roman Qriqorçuk arasında müqaviləyə
qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub təcrübəli mütəxəssisə
əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis cari mövsümün əvvəli paytaxt təmsilçisinin
“sükanı arxasına” keçmişdi. O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu
ərzində “Neftçi”nin baş məşqçisi kimi beş dəfə heç-heçəyə imza atıb, dörd
görüşdə məğlub olub.