“Neftçi” rumınlara görə bütün məşqçiləri ilə yollarını ayırdı

“Neftçi” rumınlara görə bütün məşqçiləri ilə yollarını ayırdı

Baxış sayı: 2. 669 dəfə baxılıb.

“Neftçi” klubu əsas komandanın məşqçi heyəti ilə müqavilələrinə xitam verib.

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovdan sonra onun köməkçiləri Novruz Əzimov, İqor Getman, Mehman Babayev, Rauf Salamov və Dmitri Qolovko ilə də sözləşmələrin müddəti uzadılmayıb.

Bu klubun baş məşqçi postuna isə rumıniyalı çalışdırıcı Marius Şumudike gətirilir. O, Rumıniya mətbuatına açıqlamasında bunu bildirib:

“Mən heç kimin təklifindən imtina etməmişəm. Şənbə günü “Neftçi” rəhbərliyi ilə Buxarestdə görüşümüz olacaq. Bilirəm ki, hazırda Azərbaycanda maliyyə problemi var. Düzdür, Bakı gözəl şəhərdir. Orada yaşamaq istəyərəm. Amma əvvəlcə əmin olmalıyam ki, məşqçilər korpusumda yer alan dörd mütəxəssis mənimlə “Neftçi”də işləyə biləcək. Onları belə asanlıqla buraxa bilmərəm”.

Qeyd edək ki, 47 yaşlı Marius Şumudikenin sonuncu çalışdığı klub Türkiyənin “Kayserispor” klubu olub. Şumudike futbolçu kimi “Rapid”lə Rumıniya çempionu (1999) və iki dəfə ölkə kubokunun (1998, 2002) sahibi olub.

Məşqçi kimi isə “Astra”nı 2016-cı ildə Rumıniya çempionu edib və həmin il də Curcu klubuna Superkubok qazandırıb. Bunun nəticəsində Rumıniyada 2016-cı ilin məşqçisi seçilib.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com