529c191a-4d53-4fc6-9782-3109ebd3f56c..jpg

“Neftçi” Şamaxıdan qələbə ilə qayıdır

Baxış sayı: 1. 012 dəfə baxılıb.

“Neftçi” Şamaxıdan qələbə ilə qayıdır

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, bağlanış matçında “Neftçi” “Şamaxı”nın qonağı olub.
Görüş “ağ-qaralar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 81-ci dəqiqədə Mateus Saldanya vurub.

Bu qələbə sayəsində xalını 55-ə çatdıran “Neftçi” 2-cü pillədədir. Laurentsiu
Regekampfın komandası 2-ci “Sabah”dan 4 xal geri qalır. “Şamaxı” isə 20 xalla
9-cudur. Bölgə klubu sonuncu “Səbail”dən 3 xal öndədir.

Source link