5037f6e0-b6f5-4809-9969-2c0e20aef54a..jpg

“Neftçi” üç futbolçusunu icarəyə verdi

Baxış sayı: 490 dəfə baxılıb.

“Neftçi” üç futbolçusunu icarəyə verdi

“Neftçi” üç futbolçusunu birillik icarəyə verib.

Bu barədə paytaxt klubu məlumat yayıb. Bildirilir ki, Vüsal Əsgərov və Seymur
Əliyev “İrəvan”da, Xəyal Nəcəfov “Turan Tovuz”da çıxış edəcək.

“Turan Tovuz” klubu ilə icarə müqaviləsinin müddəti başa çatan futbolçu Turan
Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.

Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti
artırılmayıb, Elşad Tağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam
verilib. Ötən mövsüm əsas komandanın heyətində rəsmən debüt etmiş Ömər Qurbanov
isə “Zirə”yə transfer olunub.

Source link