“Neftçi”–“Uypeşt” matçının biletləri satışa çıxarılıb

Baxış sayı: 2. 669 dəfə baxılıb.

“Neftçi”–“Uypeşt” matçının biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Uypeşt” futbol oyununun biletləri satışa çıxarılıb.

ÇıxışYolu.Com xəbər verir ki, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) manat təşkil edən biletləri “Dalğa Arena” və “Bakcell Arena” stadionlarının kassalarından əldə etmək mümkündür. Azarkeşlərin daha rahat bilet əldə etmələri üçün gün ərzində əlavə satış nöqtələri yaradılacaq.

Qeyd edək ki, iyulun 12-da “Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

www.ÇıxışYolu.Com