5b4beca2-0e15-47a7-9ee1-7b5c5e28bd9f..jpg

“Neftçi” və “Qarabağ”ın sabiq yetirməsi “Olimpiakos”da oynayacaq? – FOTO

Baxış sayı: 1. 916 dəfə baxılıb.

“Neftçi” və “Qarabağ”ın sabiq yetirməsi “Olimpiakos”da oynayacaq? – FOTO

“Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq.

Cixisyolu.com xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi karyerasını Yunanıstanda
davam etdirəcək.

Gənclər millimizin (U-21) sabiq üzvü Volos “Olimpiakos”u ilə anlaşıb.
Yunanıstanın ikinci Super Liqa (I divizion) təmsilçisi cinah oyunçusu ilə
müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və
tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına
qoşulacaq.

Lakin “Səbail”in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova saytımıza onun
klubla mövsümün sonunadək müqaviləsinin olduğunu və bu məlumatın doğru
olmadığını bildirib.

Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov “Neftçi”nin
yetirməsidir. “Qarabağ”ın aşağı yaş komandasında da çıxış etmiş Turan
“Sumqayıt” və “Zaqatala” klublarında peşəkar futbolçu həyatı yaşayıb.

Source link