3d44cd25-8d37-45e6-a47c-5bcf3cb15144..jpg

“Neftçi” “Yuventus”la heç-heçə etdi, “Qarabağ” sonuncu pillədə

Baxış sayı: 817 dəfə baxılıb.

“Neftçi” “Yuventus”la heç-heçə etdi, “Qarabağ” sonuncu pillədə

Türkiyənin İzmir şəhərində 12 yaşadək futbolçular arasında keçirilən “İzmir
Cup – 2023” turnirində üç tura yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi” günü uğurlu
keçirib. “Ağ-qaralar” öncə yer aldığı qrupun favoritlərindən “Yuventus”la
qolsuz heç-heçə edib. İkinci matçda Türkiyə “Giresunspor”una minimal hesabla
(0:1) qalib gələn komanda son görüşdə “Şalke”yə son dəqiqələrdə buraxılan qolla
məğlub olub.

Paytaxt klubu 4 xalla H qrupunda 9 komanda arasında 5-cidir.

“Qarabağ”ın 12 yaşlılarının çıxışı isə uğursuz alınıb. Ağdam klubu öncə
“Bursaspor”la qolsuz heç-heçə etsə də, ardınca “Ayaks” və “Srvena Zvezda”ya
eyni – 0:2 hesabı ilə uduzub.

“Qarabağ” hazırda 1 xalla E qrupunda sonuncu – 9-cudur.

Faiq Tahirov

Source link