9d89a8fa-4faa-4d8c-9b1a-555641b8e042..jpg

“Neftçi”dən ayrılan futbolçu özünə klub tapdı

Baxış sayı: 798 dəfə baxılıb.

“Neftçi”dən ayrılan futbolçu özünə klub tapdı

Bir müddət əvvəl “Neftçi”dən ayrılan Mamadu Mbodjun yeni klubu müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, seneqallı müdafiəçi karyerasını Qazaxıstanda davam
etdirəcək.

29 yaşlı oyunçu “Ordabası” ilə müqavilə imzalayıb. Tərəflər arasında
sözləşmənin müddəti ilin sonuna qədərdir.

Mbodj artıq yeni klubunda debüt də edib. O, “Astana”ya qarşı Qazaxıstan Super
Kuboku matçında (1:2) çıxış edib. Mərkəz müdafiəçisi 90 dəqiqə meydanda olub.

Mbodj 2019-cu ilin yanvarından keçən ilin dekabrınadək “Neftçi”nin formasını
geyinib.

Source link