Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub

Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub

Baxış sayı: 9. 075 dəfə baxılıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev yeni vəzifəyə təyinat alıb. 

ÇıxışYolu.Com xəbər verir ki, o, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. 

Məlumatı ÇıxışYolu.Com-ya Səhiyyə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, İsmayıl Mirzəliyev daha əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

.
www.ÇıxışYolu.Com