“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

Baxış sayı: 3. 076 dəfə baxılıb.

“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

“Neftçi” PFK-nın Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, komanda Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşacaq.

Bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” və Rumıniyanın “Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş “Neftçi”nin iyulun 5-dəki rəqibi “Politexnika” (Rumıniya) olacaq.

Qeyd edək ki,  “Çelik”lə Avropa Liqasında mübarizə aparacaq digər təmsilçimiz “Keşlə” də qarşılaşacaq. Həmin görüş bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səbuhi Musayev 
www.ÇıxışYolu.Com