“Neftçi”nin dörd futbolçusu “Araz-Naxçıvan”la oyunu buraxacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Neftçi”nin dörd futbolçusu bu gün “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri
Premyer Liqanın XXX tur matçında iştirak edə bilməyəcək.
Bu barədə ”Report”a “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.
Bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus
infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı
buraxmalı olacaq.
Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və
fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaqlar.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da
başlanacaq.