88b5b342-56e5-4743-a305-5c3305bef817..jpg

“Neftçi”nin final mərhələsində rəqibləri və oyunlarının vaxtı müəyyənləşdi

Baxış sayı: 616 dəfə baxılıb.

“Neftçi”nin final mərhələsində rəqibləri və oyunlarının vaxtı müəyyənləşdi

Sentyabrın 16-17-də Monqolustanın paytaxtı Ulan-Batorda səkkiz komandanın
iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi baş
tutacaq.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, təmsilçimiz
“Neftçi” B qrupunda Çin, ABŞ milliləri və “Yuanda” (Çin) klubu ilə üz-üzə
gələcək.

“Ağ-qaralar” ilk qrup oyununu sentyabrın 16-sı Bakı vaxtı ilə saat 12:15-də
ABŞ yığmasına qarşı keçirəcək. İkinci matç saat 14:05-də Çin millisinə, sonuncu
qrup görüşü isə saat 15:05-də “Yuanda” klubuna qarşı baş tutacaq.

Qeyd edək ki, qruplarda ilk pilləni tutmuş komandalar yarımfinala, ikinci və
üçüncü sıranı tutmuş kollektivlər isə “play-in” mərhələsinə vəsiqə qazanacaqlar.

Source link