aa432e41-a511-4ba3-bdbb-92a55f073e39..jpg

“Neftçi”nin futbolçuları başqa komandaya keçəcəklər? – RƏSMİ AÇIQLAMA + FOTO

Baxış sayı: 493 dəfə baxılıb.

“Neftçi”nin futbolçuları başqa komandaya keçəcəklər? – RƏSMİ AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin futbolçularının başqa komandalara keçəcəyi ilə bağlı yayılan
xəbərlər həqiqəti əks etdirmir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Bakı klubunun “Facebook”da yaydığı bəyanatda
bildirilib.

Qeyd olunub ki, bəzi oyunçuların komandanı tərk edəcəyi ilə bağlı mətbuatda
yayılan məlumatlar şayiədir:

“Son vaxtlar mediada futbolçularımızın başqa komandalara transfer olunacağı və
ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır.

“Neftçi” PFK olaraq bəyan edirik ki, bu cür xəbərlər həqiqəti əks etdirmir.
Buna görə də media nümayəndələrindən bu cür xəbərləri dərc etməzdən əvvəl
klubun mətbuat xidməti ilə dəqiqləşdirmələrini tələb edirik. Əks halda bu
xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının
nüfuzuna xələl gətirə bilər”.

Əlavə edilib ki, qış transfer dönəmində hər hansı futbolçu başqa komandaya
transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi şəkildə klubun
mətbuat xidmətindən əldə etmək mümkün olacaq.


Source link