“Neftçi”nin futbolçusu Fələstin millisi ilə Malayziyaya gedib
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Paytaxt təmsilçisindən verilən məlumata görə, 29 yaşlı futbolçu yığmanın
iştirakı ilə oktyabrın 9-dan 18-dək Malayziyada keçiriləcək “Merdeka” turnirinə
qatılıb.
Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 4 oyunda meydana
çıxıb.