c12250a7-a57e-48aa-832f-ca22bfea43be..jpg

“Neftçi”nin futbolçusu: “Həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”

Baxış sayı: 435 dəfə baxılıb.

“Neftçi”nin futbolçusu: “Həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”.

Bunu “Neftçi”nin futbolçusu Ervin Koffi “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri
Azərbaycan Premyer Liqasının XIV tur oyunundan əvvəl klubun rəsmi
televiziyasına açıqlamasında deyib.

28 yaşlı müdafiəçi fasilə dönəmində yaxşı hazırlıq keçdiklərini bildirib:

“Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi.
Yoldaşlıq matçında “Zenit”ə qalib gəldik. Bu, kollektivə çox yaxşı təsir
edəcək. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki,
bunun davamını gətirəcəyik”.

Fransalı oyunçu azarkeşlərə də müraciət edib:

“Son nəticələrin pis olmasına baxmayaraq, fanatların dəstəyinə ehtiyacımız
var. 11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci
futbolçumuz olmalıdırlar”.

Qeyd edək ki, noyabrın 26-da reallaşacaq “Neftçi” – “Araz-Naxçıvan” görüşü
saat 15:30-da start götürəcək.

Source link