34191918-5510-4a07-8f23-7051c3fbf3ff..jpg

“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”

Baxış sayı: 550 dəfə baxılıb.

“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avrokubokların qrup mərhələsinə vəsiqə qazanacağımıza söz verə bilmərəm”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin idman direktoru Yens Andersson
mətbuat konfransında deyib.

İsveçli funksioner qısamüddətli hədəflərdən söz açıb:

“Hər matça qələbə əzmi ilə çıxmalıyıq. Hazırda heyəti planlaşdırmaq üçün çox
çalışırıq. Avrokuboklara görə hazırlıqlara erkən başlamaq şansımız olacaq”.

O, yayda heyətə yeni oyunçuların cəlb edilməsi məsələsinə də toxunub:

“Bizim əsas prinsipimiz futbolçuları canlı görməkdir. Çünki kompüter
vasitəsilə oyunçu seçəndə onun yalnız topla davranışını görürsünüz. Biz isə
yerində seçim etmək niyyətindəyik”.

Klub rəsmisi bəzi azarkeşlərin matçları boykot etmələrinə də toxunub:

“Komandanı sevirsinizsə, pis günündə də yanında olmalısınız. Bütün fanatların
sabah “Zirə” ilə matçda tribunalarda olmasını istəyirik. Bizim onlara
ehtiyacımız var”.

Source link