“Neftçi”nin kapitanının son durumu AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda zədələnən
“Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu müəyyənləşib.
Bakı klubunun Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən məlumata görə, 31 yaşlı
yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.
Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyəcək. Martın 6-da isə yenidən
müayinədən keçəcək. Onun zədəsi yalnız müayinənin ardından bilinəcək.
Qeyd edək ki, “Qarabağ”la görüşdə rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin
müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət alıb. Azərbaycan
millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma “Qarabağ”ın 4:1
hesablı qələbəsi ilə yekunlaşıb.