abd2146f-bff5-49a0-9c99-ac1822188fbc..jpg

“Neftçi”nin sabiq futbolçusu: “Avrokuboklarda “Qarabağ”a azarkeşlik edirəm”

Baxış sayı: 462 dəfə baxılıb.

“Neftçi”nin sabiq futbolçusu: “Avrokuboklarda “Qarabağ”a azarkeşlik edirəm”

“Qarabağ”ın oyunlarını izləyirəm və avrokuboklarda onlara azarkeşlik edirəm.
“Qarabağ”a qrup oyunlarında uğurlar arzulayıram”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Valeri Abramidze
“Qarabağ”ın UEFA Avropa Liqasındakı çıxışına münasibət bildirərkən deyib.

Gürcüstan millisinin sabiq müdafiəçisi Ağdam klubunun son illərdəki uğurlu
çıxışının səbəbini sabitlikdə görür:

“Bu komandanın uzun illərdir bir rəhbərliyi var. Onlar illər öncə Qurban
Qurbanovu baş məşqçi postuna gətirməklə komandada balans yarada bildilər.
Qurbanovun gəlişindən sonra “Qarabağ” sabit oyun nümayiş etdirməyə başladı.
Ardıcıl 10 ildir ki, avrokubokların qrup mərhələsinə vəsiqə qazanırlar. Bu
uğurun əsas səbəbi sabitlikdir. Sabit oyun nümayiş etdirən komandalar nəticə
əldə etməyi bacarırlar. Qurban Qurbanov ən çətin məqamlarda belə, səbirli
davrandı və istəyinə çatdı. “Qarabağ”ın uğurlarında onun böyük zəhməti var.
Qurbanova və komandasına “afərin” deyirəm”.

Qeyd edək ki, Valeri Abramidze 2005/2006, 2009/2010 mövsümlərində “Neftçi”də,
2006/2007 mövsümündə “Xəzər Lənkəran”da, 2010-2013-cü illərdə isə “İnter”də
(indiki “Şamaxı”) çıxış edib.

Source link