“Neftçi”nin yeni baş məşqçisi: “Burada hansı hədəflərin olduğunu bilirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Neftçi” Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubudur. Futbolda
işləmək asan deyil. Burada hansı hədəflərin olduğunu bilirəm”.
“Report” xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Miodroq Bojoviç
mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis qarşıya qoyulan məqsədin çempionatı minimum ikinci
bitirmək və kuboku qazanmaq olduğunu bildirib:
“Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır. Mən komandaya hələ yeni
gəlmişəm. Təbii ki, hər transfer dönəmində komanda güclənməlidir. Yəqin ki,
danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu
barədə hələ heç nə deyə bilməyəcəyəm”.