b34c0485-c2d3-48b6-a955-5a25da6367b3.jpg

“Neftçi”nin yeni baş məşqçisi Samir Abasov: “Müsbət yöndə dəyişikliklər olacaq”

Baxış sayı: 125 dəfə baxılıb.

“Hədəflərimiz yüksəkdir”.

Cixisyolu.com xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Samir Abasov klubun
televiziyasına açıqlamasında bildirib.

“Bu klubun hədəfləri hər zaman yüksək olub. Yenilənən bir “Neftçi”yə nail
olmuşuq. Müsbət yöndə dəyişikliklər olacaq. Hisslərimi ifadə etmək çox
çətindir. Sanki “Neftçi”dən heç getməmişdim. Düzdür, komandanın bazası
yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Qayıdanda bilirdim
ki, öz evimə geri dönürəm. “Neftçi”yə qayıtdığım üçün çox xoşbəxtəm”.

Azərbaycan millisinin sabiq futbolçusu “ağ-qaralar”ın böyük klub olduğunu
söyləyib:

“Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs “Neftçi”nin necə böyük
kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var.
Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq “Neftçi” ilə döyünür.
“Neftçi”ni hansı baş məşqçinin çalışdırmasından asılı olmayaraq hədəfləri böyük
olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə
məqsədlərimiz böyükdür”.

Ətraflı süjetdə:

“Neftçi”nin yeni baş məşqçisi Samir Abasov: “Müsbət
yöndə dəyişikliklər olacaq”
“Neftçi”nin yeni baş məşqçisi Samir Abasov: “Müsbət yöndə dəyişikliklər olacaq”

Source link