”Neftçi”nin yeni baş məşqçisinin naliyyətləri – DOSYE + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
”Neftçi” komandasının baş məşqçisi dəyişib.
Rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam
verilib. Onu bu postda Miodraq Bojoviç əvəzləyib.
Cixisyolu.com “Neftçi”nin yeni baş məşqçisinin naliyyətləri barədə məlumatı təqdim
edir.
Belə ki, Miodraq Bojoviç 1968-ci ildə ölkəsinin Moykovats şəhərində anadan
olub.
55 yaşlı mütəxəssisin futbolçu karyerası cəmi 13 il davam edib.
1986-1992-ci illərdə Pödqöritsanın “Buduçnost” klubunun formasını geyinən
keçmiş müdafiəçi daha sonra Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və
Yaponiyada legioner həyatı yaşayıb.
1999-cu ildə futbolçu karyerasını bitirən Bojoviç 2000-ci ildə məşqçiliyə
başlayıb. 2000/2001 mövsümündə Serbiyada “Belqrad”ın “sükanı arxasında” olan
mütəxəssis ardınca Yaponiyada “Hokkaydo Konsadole Sapporo”da köməkçi məşqçi
funksiyasını yerinə yetirib.
O, Serbiyada “Borats”, “Obiliç”, “Hayduk” ( Belqrad), “Srvena Svezda”, Kiprdə
AEL, ölkəsində “Buduçnost”, “Qrbal”, Rusiyada “Amkar”, “Moskva”, “Dinamo”,
“Rostov”, “Lokomotiv”, “Arsenal”, “Krılya Sovetov”da işləyib.
Baş məşqçi son olaraq 2021/2022 mövsümündə “Arsenal” komandasına rəhbərlik
edib. Bojoviç 2013/2014 mövsümündə “Rostov”la Rusiya Kubokunun, 2015/2016
mövsümündə “Srvena Svezda” ilə Serbiya Superliqasının qalibi olub.
Qeyd edək ki, “Neftçi” monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay)
sözləşmə imzalayıb.