0beee5cd-eaaa-40a0-a599-c93c3c89e62b..jpg

“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb

Baxış sayı: 425 dəfə baxılıb.

“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb

“Neftçi”nin zədəli futbolçusu Andre Şinyaşiki gələn həftə komanda ilə məşqlərə
qoşulacaq.

Bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına
açıqlamasında bildirib.

O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini
söyləyib.

Qeyd edək ki, braziliyalı oyunçu “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri
Premyer Liqanın VII tur oyununda əzələsindən zədə alıb.

“Neftçi” bu gün VIII turda “Turan Tovuz”un qonağı olacaq. Qarşılaşma saat
16:00-da başlayacaq.

Source link