“Neftçi”yə liviyalı baş məşqçi təyin oluna bilər

“Neftçi”yə liviyalı baş məşqçi təyin oluna bilər

Baxış sayı: 2. 309 dəfə baxılıb.

“Neftçi”nin baş məşqçisi postuna ikinci namizədin adına aydınlıq gətirilib.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı klubu rumıniyalı Marius Şumudikedən başqa, italyan çalışdırıcı Roberto Bordinlə də danışıqlar aparıb.

Sabah Çingiz Abdullayevin sədri olduğu klubun Müşahidə Şurası hansı baş məşqçinin komandaya təyin olunması barədə qərar çıxaracaq.

Qeyd edək ki, Roberto Bordin I Dünya Müharibəsində İtaliya Liviyanı işğal edərkən həmin ölkədə məskunlaşmış ailədə dünyaya göz açıb. Liviyanın Zaviya şəhərində anadan olmuş Bordinin son klubu Moldova çempionu “Şerif” olub.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com