e82726c5-a09f-4fb7-b126-6bc6d5b3311e..jpg

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

Baxış sayı: 831 dəfə baxılıb.

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

“Neftçi” ilə oyunda bakılıların çox yaxşı güc nümayiş etdirdiklərini hiss
etdik”.

“Report” xəbər verir ki, bunu Macarıstanın “Vaşaş” klubunun futbolçusu David
Zimonyi Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirdikləri yoxlama
görüşü ilə bağlı danışarkən deyib.

Bərabərliklə (1:1) nəticələnən görüşdə komandasının yeganə qolunun müəllifi
olan 26 yaşlı macarıstanlı hücumçu qələbəyə layiq çıxış etdiklərini düşünür:

“Bu, bizim ilk sınaq matçımız idi. Məncə, birinci oyuna görə kifayət qədər
yaxşı idik. Bərabərlik qolunu vurduğum üçün çox sevincliyəm. Cinahdan ötürmə
alarkən topu qəbul edər-etməz onu uzaq küncə göndərdim. Hesab edirəm ki,
sərgilənən oyuna əsasən qələbə qazana bilərdik”.

Qeyd edək ki, “Vaşaş” Antalyada növbəti yoxlama görüşünü yanvarın 14-də “Novi
Pazar”a (Serbiya) qarşı keçirəcək. “Neftçi” isə ertəsi gün iki sınaq matçına
çıxacaq. Laurentsiu Regekampfın yetirmələri “Medz Leqnisa” (Polşa) və “Baçka
Topola” (Serbiya) ilə qarşılaşacaqlar.

Source link