Neftə olan qlobal tələb ötən illə müqayisədə gündəlik 1 milyon 630 min barel artaraq gündəlik 98 milyon 700 min barelə yüksələcək.
ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə OPEC-in neft bazarı ilə bağlı proqnozlarında qeyd edilir.
Bildirilir ki, cari ilin dördüncü rübündə dünya üzrə neftə olan tələb gündəlik 100 milyon barel artacaq.
OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı bu il əvvəlki illə müqayisədə gündəlik 1 milyon 700 barel artaraq 59 milyon 610 min barel olacaq.