Neftin qiyməti son dörd ilin rekordunu vurdu

Neftin qiyməti son dörd ilin rekordunu vurdu

Baxış sayı: 3. 000 dəfə baxılıb.

Mayın 17-də Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 2014-cü ilin noyabrın 25-dən ilk dəfə 80 dolları keçib. 

ÇıxışYolu.Com bu barədə hərracların son nəticələrinə istinadən məlumat verir.

Bundan əvvəl “Bank of America” analitikləri bəyan ediblər ki, 2019-cu ildə neftin bir barelinin qiyməti 100 dollara çata bilər. 

Qara qızılın qiymətindəki artımı ekspertlər İran və Venesueladan neftin ixracının dayandırılması riski, həmçinin dünya neft ehtiyatlarının azalması ilə əlaqələndirirlər. 

www.ÇıxışYolu.Com