Ötən gün İstanbulda “Kaybedenler Kulubü Yolda” filmi təqdim olunub.
ÇıxışYolu.Com xəbər verir ki, qala gecəsində ilk filmdə rol alan aktrisa Ahu Türkpençe, Bestemsu Özdemir və başqaları olub.
Filmdə baş rolu canlandıran Nejat İşler isə gecəyə içkili qatılıb. Jurnalistlərə müsahibə verə bilməyən aktyor ayaq üstdə durmaqda da problem yaşayıb.
Pilləkənlərdən qalxarkən yıxılma təhlükəsi yaşayan İşlerə “Çukur” serialının “Aliço”su, aktyor Rıza Kocaoğlu kömək göstərib. O, Nejatın qoluna girib və zala qədər özü aparıb.