Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb, 170 nəfər yaralanıb.
Məlumata görə, dağıntıların böyük hissəsi zəlzələ nəticəsində əlaqə kəsilən
ucqar dağ yaşayış məntəqələrində baş verib, ona görə də qurbanların sayı arta
bilər.
Baş nazir Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot bölgəsinə səfər
edib. Onunla birlikdə bir qrup həkim və hərbçi xilasetmə əməliyyatında iştirak
etmək üçün hadisə yerinə gəlib.
Səfərdən sonra baş nazir bütün siyasi partiyaları, eləcə də ictimai
təşkilatları zərər çəkmiş rayonların sakinlərinə kömək etməyə çağırıb.
Mənbə: TASS
07:12
Nepalın qərbində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində ən azı 128
nəfər həyatını itirib.
Dağlıq ərazilərdə yerləşən kəndlərdə onlarla yaralı var.
Yerli hakimiyyətdən “Associated Press”ə bildiriblər ki, bir çox bölgələrlə
əlaqə kəsilib.
Nepal ordusu ilə polis qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunublar.
01:39
Hindistan-Nepal sərhədində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi
olan Cumla şəhərindən 36 km cənub-şərqdə və təxminən 182 min nəfərin yaşadığı
Hindistanın Bəhraiç şəhərindən 166 km şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 35 km dərinlikdə olub.
Hadisə şahidlərə istinadən yayılan məlumata görə, Hindistanın paytaxtı Yeni
Dehlidə binalar silkələnib.
Mənbə: TASS