10b94cd5-867d-4e8a-84aa-8c44c82a0aa7..jpg

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

Baxış sayı: 875 dəfə baxılıb.

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

NEQSOL Holding Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan
qaldırılması məqsədilə dəstəyini davam etdirir.

Holdinqin qərarı ilə tərkibində olan “Bakcell” şirkəti 5 milyon TL məbləğində
vəsaiti Türkiyənin Azərbaycandakı səfirliyinin bank hesabına köçürüb.
Beləliklə, bu günədək NEQSOL Holding-in tərkibinə daxil olan “Bakcell”,
“Azerconnect”, “Norm” və “Nobel Energy” şirkətləri tərəfindən Türkiyəyə edilən
humanitar yardımın ümumi məbləği 20 milyon TL-dən çox olub.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) və Türkiyənin
Azərbaycandakı səfirliyinə maliyyə vəsaitin köçürülməsi ilə yanaşı, yardımın
digər hissəsi birbaşa fəlakət bölgəsinə təcili ehtiyacların qarşılanması üçün
qida, geyim, rabitə avadanlığı və s. göndərilib.

Türkiyə xalqına dəstək məqsədilə NEQSOL Holding humanitar yardımını davam
etdirməyi nəzərdə tutur.

NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını itirənlərin
ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına bir daha başsağlığı verir,
yaralıların tezliklə sağalmasını arzu edir.

Source link