İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, gələn il “Eurovision” Yerusəlimdə keçiriləcək.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə o, tvitterdə yazıb:
“Sən İsrailə böyük şərəf gətirdin! Gələn il yarış Yerusəlimdə keçiriləcək!”
“Eurovision-2018”in qalibi İsraildən Netta adlı müğənni oldu. Müsabiqənin qaydalarına əsasən, gələn il yarış qalib ölkədə keçiriləcək.