34f651dd-623f-4480-904e-2a2d8b2ee5c2..jpg

Netanyahu: “İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır” – YENİLƏNİB + FOTO

Baxış sayı: 860 dəfə baxılıb.

Netanyahu: “İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində
maraqlıdır” – YENİLƏNİB + FOTO

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu
tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Baş
nazir Binyamin Netanyahu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib. O, Azərbaycana səfərlərini
məmnunluqla xatırlayıb, Azərbaycanın İsraildə səfirliyinin açılması
münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə
əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb və
Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin təsis edilməsinin
münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin
hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik,
iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə
olunub.

18:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri
çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “Twitter” hesabında
xəbər verib.

Onun sözlərinə görə, Netanyah ilk olaraq Azərbaycanın İsraildə səfirliyinin
açılması münasibətilə Ceyhun Bayramovu təbrik edib. Bundan sonra regional
məsələlər müzakirə edilib və ikitərəfli əməkdaşlığı gücləndirməkdə davam etmək
barədə razılığa gəlinib.

PM @netanyahu
congratulated Minister@Bayramov_Jeyhun
for the opening of
the Azerbaijani Embassy in Israel.
During their meeting they discussed regional issues, and agreed to continue
strengthening our bilateral cooperation 🇮🇱🇦🇿pic.twitter.com/GM7KPXDFgH

— George Deek (@GeorgeDeek) March 29, 2023

Source link