İsrailin Baş naziri Benyamin Netanyahu Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə Suriyada Bəşər Əsəd hakimiyyətinə etiraz etmədiklərini bəyan edib.
ÇıxışYolu.Com-ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, Netanyahu əsas istəklərinin İran qüvvələrinin Suriyanı tərk etməsindən ibarət olduğunu deyib.
O, bu işdə Rusiyanın yardım etməsini istəyib.
Eyni zamanda Netanyahu bildirib ki, “Əsəd rejiminə qarşı heç bir tədbir görülməyəcək”.
Qeyd edək ki, Netanyahunun Moskva səfəri zamanı Putinlə Fələstin-İsrail münqaişəsinin nizamlanması, həmçinin Suriyadakı vəziyyət müzakirə olunub.