Qüds fələstinlilərlə istənilən sülh müqaviləsi çərçivəsində İsrailin paytaxtı olaraq qalacaq.
ÇıxışYolu.Com-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu Qüds Gününə və Amerika nümayəndə heyətinin 14 mayda Qüdsdəki diplomatik nümayəndəliyinin açılış mərasiminə gəlişi münasibətilə təşkil olunmuş ziyafətdə deyib.
“Fələstinlilərlə istənilən sülh razılaşması çərçivəsində Qüds İsrailin paytaxtı olaraq qalacaq”, -deyə o, bəyan edib.