125426b1-ffec-4e6e-b6e1-1a3af5d0e9c9..jpg

Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasının şərtini açıqladı

Baxış sayı: 500 dəfə baxılıb.

Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasının şərtini
açıqladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstinin HƏMAS
radikal hərəkatına qarşı əməliyyat başa çatdıqdan sonra Səudiyyə Ərəbistanı ilə
münasibətlərin normallaşmasının davam etdirilməsini mümkün hesab edir.

O, bunu İlon Maskla söhbəti zamanı bildirib.

“HƏMAS-ı məğlub etdikdən sonra biz (İsrail – red.) Səudiyyə Ərəbistanı ilə
sülhə qayıda biləcəyik. Düşünürəm ki, “sülh çevrəsini” (ərəb ölkələri ilə) ən
cəsur gözləntilərimizdən daha da geniş inkişaf etdirə biləcəyik… Ancaq
əvvəlcə HƏMAS-ı məğlub etməliyik”, – İsrailin Baş naziri Maska deyib.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin
Əbdüləziz əl-Fələh Qəzza zolağında baş verən hadisələrə baxmayaraq, Səudiyyə
Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsinin
hələ də gündəmdə olduğunu bildirib.

Noyabrın 3-də “Semafor” portalı ərəb ölkələri və ABŞ-dəki mənbələrə istinadən
xəbər yayıb ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə baxmayaraq, İsraillə diplomatik
və iqtisadi yaxınlaşmanı davam etdirməyi planlaşdırır.

Mənbə: TASS

Source link